İnzibati Ərazilər
50
Aktiv KOB Dostu
64
Müraciət Sayı
24173
Layihələr
24
Sahəvi görüşlər
542
Sorğular
77
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri tətbiq etməkdədir. Hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. KOB dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilmişdir. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar ...
Xidmətlərimiz

Tədbirlərdə AQEM-ə üzv dövlətlər arasında sənaye sahəsində əməkdaşlıq, KOB-ların qlobal dəyər zəncirində iştirakı, rəqəmsallaşma, qadın sahibkarlığın inkişafı, KOB-ların yaşıl keçidi, sərhədlərarası ticarət və e-ticarət, KOB-ların investisiyalarını dəstəkləyən institusional çərçivələr, biznes sahəsində çağırışlar və imkanlar müzakirə edilib.Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.Mayın 20-də Bakıda KOBİA və AQEM ...